İsrailin Qəzza zolağının əhalisinə qarşı hərəkətləri soyqırımı xatırladır. Bu fikri Avropa Komissiyasının (AK) vitse-prezidenti Tereza Ribera “Politico” qəzetinə müsahibəsində deyib.
“Biz konkret insanların hədəfə alındığını, öldürüldüyünü və ac qaldığını görürük. Konkret əhali təcrid olunub, evsizdir: evləri dağıdılır, – qida, su və dərmansızdır: onlara giriş qadağan edilir – və hətta humanitar yardım almağa çalışarkən belə bombalanır və atəşə tutulur. Heç bir insanlığa, heç kimin şahid olmasına icazə verilmir” deyib.
Onun sözlərinə görə, baş verənlər soyqırımı təsvir etmək üçün istifadə edilən “tərifə çox oxşardır”. Siyasətçi Aİ-nin İsraillə assosiasiya sazişinin dayandırılmasını təklif edib. Ribera hesab edir ki, “İsrail hakimiyyətinin sözləri və hərəkətləri beynəlxalq hüquq çərçivəsindən kənara çıxır”.
Politico qeyd edir ki, AK bir qurum olaraq İsrailin Qəzzadakı hərəkətlərinə münasibətdə “soyqırım” sözünü işlətməyib. (Tass)