Avqust 11, 2025-19:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun 46 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura təhsili alacaq

2025:08:07 - 11:37
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) 46 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq.

Universitetdən AZƏRTAC-a bildirilib ki, 2025/2026-cı tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanan 356 nəfərdən 46-sı BDU məzunudur. Onlardan 23-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, 18-i Amerika Birləşmiş Ştatlarında, 2-si Sinqapur Respublikasında, 1-i Avstraliya İttifaqında, 1-i İtaliya Respublikasında, 1-i isə İsrailin məşhur universitetlərində təhsil alacaq.

BDU məzunları tərəfindən üstünlük verilən əsas ixtisas istiqamətləri hüquq və hüquqşünaslıq (o cümlədən beynəlxalq hüquq, korporativ hüquq, bank və maliyyə hüququ, əqli mülkiyyət və texnologiya hüququ, beynəlxalq arbitraj və mübahisələrin həlli), dövlət siyasəti və idarəçiliyi, maliyyə və iqtisadiyyat, kompüter elmləri və analitika (verilənlər elmi, tətbiqi statistika, tədris analitikası və kibertəhlükəsizlik mühəndisliyi), biotexnologiya və biotibbi mühəndislik, qrafik dizayn, eləcə də hesablama və tətbiqi riyaziyyatdır.

2026-cı il üzrə QS dünya reytinqinə əsasən BDU məzunlarının 14-ü ilk onluqda, 25-i ilk iyirmilikdə, 44 nəfəri isə ilk yüzlükdə qərarlaşan ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

Əvvəlki Yazı

Data nəticəsinə görə bank müştəriyə riskli kredit verilməsinin qarşısını alır – biznes data analitiki Ceyhun Haqverdiyev

Növbəti Yazı

Paytaxtda 10 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.