Livan kəşfiyyat xidmətləri İsrail bölmələrinin Suriya ərazisindən ölkənin şərqinə nüfuz edə biləcəyindən ehtiyat edir. Bu barədə Əmirliyin “The National” qəzeti Livan təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Livan kəşfiyyat xidmətləri Livanın Suriya ilə sərhədindən cəmi 10 km aralıda strateji əhəmiyyətli yaşayış məntəqəsi olan Suriyanın Qətənə şəhərində İsrail hərbçilərinin hərəkətini qeydə alıb. “Bu, Livan üçün çox ciddi təhlükədir. Təhlükəsizlik qüvvələri İsrailin oradakı varlığını artıra və Livana reydlər keçirə biləcəyindən qorxur”, – mənbə yazır.
“National”ın mənbələri iddia edir ki, İsrail Suriyanın cənubunda bufer zona yaratmaq və bununla da Livana İran silahlarının tədarükünü dayandırmaq niyyətindədir. Bundan əlavə, kəşfiyyat xidmətləri İsrailin ölkənin şərqində “Hizbullah” hərəkatına məxsus raket buraxılış qurğularını və silah anbarlarını məhv etmək üçün reydlər keçirəcəyini istisna etmir. “Colan təpələrində nəzarəti gücləndirmək, Hizbullahın təsirini məhdudlaşdırmaq və artilleriya və digər silahları orada cəmləşdirməklə İsrailin Suriyanın cənubunda mövcudluğunu genişləndirmək onların strategiyasının əsas elementləridir”, – mənbə qeyd edib.