Avqust 12, 2025-0:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyevin Ağ Evə səfəri: Qafqazdan dünyaya yeni siqnal – TƏHLİL

2025:08:07 - 17:40
in SİYASƏT
A A
Prezident İlham Əliyevin Ağ Evə ilk rəsmi səfəri müasir Azərbaycan diplomatiyası və xarici siyasəti baxımından mühüm siyasi hadisə olmaqla yanaşı, ABŞ–Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən strateji jest kimi qiymətləndirilə bilər. Bu səfər, təkcə iki ölkə arasında münasibətlərin simvolik göstəricisi deyil, həm də regionda yeni geosiyasi arxitekturanın formalaşmasında Azərbaycanın artan rolunun təsdiqidir.

 

ABŞ-Azərbaycan tərəfdaşlığının yeni səviyyəsi

Azərbaycan Prezidenti ABŞ-a işgüzar səfərə gedib - VİDEO

Donald Trampın birinci prezidentliyi dövründən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə qarşılıqlı hörmət və siyasi etimada əsaslanan münasibətlər formalaşıb. Tramp administrasiyası dövründə Ağ Evin Cənubi Qafqaza yanaşmasında Azərbaycanın xüsusi çəkisi daha aydın şəkildə hiss olunurdu. Bu, ilk növbədə Azərbaycanın regionun ən güclü dövləti olması, beynəlxalq hüququ bərpa edərək ərazi bütövlüyünü təmin etməsi və bununla qlobal təhlükəsizlik gündəminə töhfə verməsi ilə bağlı idi.

Məhz həmin dövrdə Donald Tramp tərəfindən Prezident Əliyevə ünvanlanan məktublarda Azərbaycanın ABŞ üçün strateji tərəfdaş olduğu dəfələrlə vurğulanmış, ikitərəfli münasibətlərin inkişafında siyasi iradənin önəmi xüsusi qeyd olunmuşdu. Bu məktublarda ikitərəfli əməkdaşlıq, enerji təhlükəsizliyi, antiterror mübarizəsi və regional sabitlik sahələrindəki tərəfdaşlığın inkişafı əsas xətt kimi ön plana çıxırdı.

Uzunmüddətli sükutdan strateji tərəfdaşlığa

Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA-ya açıqlamasında vurğulayıb ki, İlham Əliyevin ABŞ-a səfəri, Trampın prezidentliyə qayıdışı fonunda Azərbaycan–ABŞ münasibətlərində uzunmüddətli gərginlikdən sonra yeni, strateji əməkdaşlıq mərhələsinin başlanğıcını ifadə edir.

Zaur Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

“Uzun illərdir ki, Azərbaycan–ABŞ münasibətləri gərgin və sönük xarakter daşıyırdı. Xüsusilə Co Baydenin prezidentliyi dövründə Vaşinqtonun Ermənistana açıq dəstəyi və Azərbaycana qarşı sərgilədiyi qərəzli siyasət əlaqələrin böhran səviyyəsinə çatmasına səbəb olmuşdu. Bu illər ərzində Ermənistan rəhbəri Nikol Paşinyan dəfələrlə ABŞ-a səfər etsə də, Azərbaycan tərəfindən belə səfərlər müşahidə olunmurdu.

Lakin Donald Trampın 2024-cü ilin noyabrında prezident seçilməsi ilə bu dinamika dəyişdi. Trampın şəxsi münasibətlərə önəm verməsi və Azərbaycan Prezidenti İlham Əliyevin vaxtilə onun seçilməsinə dair müsbət fikirlər səsləndirməsi iki lider arasında qarşılıqlı anlayış üçün zəmin yaratdı.

İlham Əliyevin Vaşinqtona səfəri bu baxımdan yalnız diplomatik hadisə deyil, həm də münasibətlərin strateji müstəviyə keçidinin göstəricisidir. Görüşdə enerji əməkdaşlığı, kommunikasiya layihələri və regional təhlükəsizlik məsələlərinin gündəmdə olacağı gözlənilir. Bu səfər Cənubi Qafqazda sabitliyin bərqərar olunması və Azərbaycanın geosiyasi rolunun güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, deyə, politoloq bildirib.

Prezident Əliyevin Ağ Ev səfəri: Azərbaycanın diplomatik güc nümayişi

Amerikalı siyasi analitik Peter Teyz Ağ Evdə planlaşdırılan tarixi görüşü Prezident İlham Əliyevin uzaqgörən liderliyi və Azərbaycanın iqtisadi diplomatiya, milli təhlükəsizlik və enerji sahəsində qlobal rolunun təsdiqi kimi dəyərləndirib.

News about - Jeddah summit: Can the U.S.-led ceasefire bring peace to Ukraine?

O, APA-ya açıqlamasında bildirib ki, Prezident Donald Trampın Cənubi Qafqaz regionuna dair mövqeyi, ABŞ tarixində öncəki administrasiyalardan ciddi şəkildə fərqlənir: “Trampın liderliyi dövründə və sonrakı siyasi fəaliyyəti çərçivəsində o, bu regionda sülhün, sabitliyin və rifahın bərqərar olunmasına xüsusi əhəmiyyət verib. Onun baxışları Azərbaycanın regional və qlobal miqyasda artan əhəmiyyətini və geosiyasi rolunu açıq şəkildə dəyərləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin liderlik keyfiyyətləri və yüksək səviyyəli dövlətçilik təcrübəsi, Donald Trampın siyasi idarəçilik üslubu ilə təəccüblü paralellər təşkil edir. Hər iki lider qətiyyətli qərarları, milli maraqlara əsaslanan yanaşmaları və siyasi iradələri ilə seçilir. Onların arasında formalaşan qarşılıqlı hörmət və anlayış, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasında mühüm rol oynayır. Ağ Evdə keçirilməsi planlaşdırılan bu tarixi görüş yalnız iki lider arasında rəsmi dialoq olmaqla kifayətlənmir, eyni zamanda Azərbaycanın son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursunun nəticəsidir.”

Peter Teyz qeyd edib ki, bu görüş Azərbaycanın iqtisadi diplomatiyasının güclənməsi, milli müdafiə qabiliyyətinin möhkəmlənməsi və enerji siyasəti sahəsində beynəlxalq arenada nüfuzunun artmasının rəmzi kimi qiymətləndirilə bilər.

“Azərbaycan regionun enerji təhlükəsizliyində əsas rol oynayan aktora çevrilib. Xüsusilə Avropa İttifaqının enerji təchizatında Azərbaycanın oynadığı funksional rol, Azərbaycanın enerji siyasətinin nə qədər uzaqgörən olduğunu göstərir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri, təkcə iqtisadi deyil, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycan son illərdə bir sıra beynəlxalq və regional təşkilatlarda fəal iştirak etməklə yanaşı, qlobal miqyasda mühüm təşəbbüslərlə çıxış etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və digər platformalarda Azərbaycanın irəli sürdüyü təkliflər, ölkənizin çoxtərəfli diplomatiyadakı uğurunun göstəricisidir. Prezident İlham Əliyev bu sahədə ümummilli lider Heydər Əliyevin siyasi irsini uğurla davam etdirərək, Azərbaycanı müasir və güclü dövlətə çevirib. Onun strateji düşüncəsi, dəqiq və ardıcıl siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib. Qarşıdakı Ağ Ev görüşü yalnız ikitərəfli münasibətlərə yeni nəfəs verməyəcək, həm də Azərbaycanın dünya siyasətində artan rolunun növbəti təntənəli təsdiqi olacaq. Bu, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə İlham Əliyevin liderliyinin uğurlarını bir daha nümayiş etdirəcək,” deyə o, fikirni yekunlaşdırıb.

Şuşa Forumundakı mesajlar və diplomatik jestlər

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sonuncu Şuşa Qlobal Forumunda Prezident İlham Əliyev Donald Tramp haqqında müsbət fikirlər səsləndirib.

“Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun,” deyə Prezident İlham Əliyev bildirib.

Donald Tramp da öz növbəsində Prezident İlham Əliyevin fikirlərini özünün “Truth Social” sosial platformasında paylaşılması strateji səviyyədə davam etdiyini göstərdi. Bu qarşılıqlı jestlər yalnız şəxsi simpatiya deyil, eyni zamanda dövlətlərarası qarşılıqlı etimadın gücləndiyinin bariz

Sülh prosesi və ABŞ-ın konstruktiv rolu

Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir vaxtda ABŞ-ın bu prosesdəki mövqeyi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Zəngəzur dəhlizi məsələsində Vaşinqtonun yanaşması daha çox iqtisadi və logistika yönümlü, konstruktiv və balanslaşdırılmış xarakter daşıyır. Bu, Fransanın, xüsusilə Prezident Emmanuel Makronun birtərəfli və qeyri-obyektiv siyasətindən kəskin şəkildə fərqlənir. ABŞ-ın bu yanaşması regionda sabitliyə və dayanıqlı sülhə real töhfə verməyə hesablanıb.

Zaur Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi yeni mərhələyə qədəm qoyur və bu prosesdə ABŞ-ın, xüsusilə də Donald Trampın reallığa əsaslanan mövqeyi regionda ədalətli sülhün və geosiyasi balansın formalaşmasına təkan verir.

“Azərbaycan və Ermənistan arasında sülh prosesi son aylarda intensiv xarakter alıb və bu mərhələdə ABŞ, xüsusilə Donald Tramp administrasiyası daha fəal rol oynamağa başlayıb. ABŞ-ın bu fəallığı Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin imzalanması istiqamətində Ermənistanın daha konstruktiv davranmasına təkan verir. Məhz bu səbəbdən ABŞ-dakı erməni lobbisi və Erməni Konqresi Trampa təzyiqləri artırıb. Onlar sosial şəbəkələrdə Trampı xristian maraqlarını ikinci plana keçirməkdə ittiham edir, seçkiqabağı vədlərinə əməl etmədiyini iddia edirlər. Halbuki, məlumdur ki, 2024-cü il seçkilərində erməni elektoratın əksəriyyəti Demokratlara səs verib. Respublikaçılar bu faktı nəzərə alaraq Trampın mövqeyinin dəyişməyəcəyini yaxşı anlayırlar. Ermənistanı dəstəkləməyə çağıran bəzi konqresmenlərin mövqeyi isə, əslində, danışıqlara qeyri-real tələblər əlavə etmək istəyən ermənipərəst dairələrin təsirindən qaynaqlanır. Lakin Tramp reallığı görür: qalib tərəf Azərbaycandır və onun beynəlxalq hüquqa əsaslanan sülh çağırışları regionun sabitliyi üçün həlledici əhəmiyyət kəsb edir”, deyə Z. Məmmədov əlavə edib.

Əliyev–Tramp–Paşinyan görüşü: tarixi şans

CROSSMEDIA - Ağ ev: BƏƏ 10 il ərzində ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar investisiya edəcək

Prezident İlham Əliyevin Trampın dəvəti ilə ABŞ-a səfəri çərçivəsində planlaşdırılan Əliyev–Tramp–Paşinyan üçtərəfli görüşü və gözlənilən niyyət protokolunun imzalanması, sülh prosesində konkret nəticələrin əldə olunması üçün tarixi fürsət yaradır. Bu görüş, həm də ABŞ-ın regiondakı yeni vasitəçi rolunu təsdiqləyəcək və Cənubi Qafqazda yeni siyasi sabitlik modelinin əsasını qoya bilər.

Politoloq Məmmədov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında niyyət protokolunun imzalanması Cənubi Qafqazda ədalətli sülhə doğru atılmış tarixi addım olmaqla yanaşı, həm də regionda geosiyasi balansı və iqtisadi əməkdaşlığı gücləndirəcək mühüm mərhələdir.

Onun sözlərinə görə, əgər Azərbaycan, Ermənistan və ABŞ arasında keçiriləcək üçtərəfli görüşün nəticəsi olaraq niyyət protokolu imzalanarsa, bu sənəd Cənubi Qafqaz üçün tarixi dönüş nöqtəsi olacaq.

“Protokol Ermənistanın Qarabağla bağlı iddialarından rəsmən imtinası, bölgədəki bütün proseslərin Azərbaycanın suverenliyi çərçivəsində həyata keçirilməsi və sülh müqaviləsinin əsas bəndlərinin tanınması anlamına gələcək. Bu həm də Ermənistanın Azərbaycanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu göstərəcək. Lakin bu proses Ermənistan daxilində və xarici erməni diasporunda narahatlıq doğurur. Çünki sülh prosesi həm toplanan maliyyə ianələrinin azalmasına, həm də diasporanın beynəlxalq təsir imkanlarının zəifləməsinə səbəb olacaq. Bu səbəbdən onlar sənədin imzalanmasına qarşı kampaniyalar aparır, təzyiq mexanizmləri işə salırlar. Eyni zamanda, proses Zəngəzur dəhlizi məsələsində də irəliləyişə yol aça bilər. Ermənistan rəhbərliyi bu məsələni ehtiyatla qarşılayır, lakin Vaşinqtonla ümumi razılığa gəldiyi bildirilir. Bütün bu inkişaflar fonunda Azərbaycan və ABŞ arasında enerji əməkdaşlığı məsələlərinin də gündəmə gəlməsi gözlənilir”.

Enerji əməkdaşlığı və Transxəzər layihəsi

Transxəzər” layihəsi Azərbaycana təzyiq vasitəsidir? - Ekspertdən ilginc açıqlama

Tramp administrasiyası dövründə ABŞ–Azərbaycan münasibətlərində enerji təhlükəsizliyi əsas prioritetlərdən biri kimi qiymətləndirilirdi. Xüsusilə Transxəzər qaz kəməri layihəsinə Tramp hökumətinin göstərdiyi dəstək, Azərbaycanın enerji resurslarının qərb bazarlarına çıxarılması baxımından mühüm mərhələ idi. Bu layihə yalnız kommersiya deyil, həm də strateji əhəmiyyət daşıyırdı və ABŞ-ın enerji diplomatiyasında Azərbaycanın rolunu gücləndirirdi.

Zaur Məmmədov qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə irəliləyən Transxəzər layihəsi və enerji əməkdaşlığı Cənubi Qafqazın geosiyasi və iqtisadi gələcəyini formalaşdıran, regional sabitliyə və beynəlxalq əməkdaşlığa əsaslanan strateji bir vektor kimi çıxış edir.

O, vurğulayıb ki, Cənubi Qafqazda enerji əməkdaşlığı və Transxəzər layihəsi regionun iqtisadi və geosiyasi gələcəyi üçün mühüm əhəmiyyət daşıyır: “Azərbaycanın Avropa bazarına artan qaz ixracı və strateji tranzit mövqeyi bu sahədə önəmli potensial vəd edir. TAP və digər mövcud boru kəmərləri müəyyən imkanlar yaratsa da, daha geniş ixrac üçün əlavə investisiyalar və regional iradə vacibdir. Türkmənistan və Qazaxıstan kimi enerji resurslarına malik ölkələrin də bu prosesə cəlb olunması Transxəzər layihəsinin həyata keçirilməsini sürətləndirə bilər. Lakin Avropa İttifaqının bəzən siyasi və iqtisadi ehtiyatlı mövqeyi bu istiqamətdə irəliləyişi ləngidir. ABŞ-ın bu proseslərə dəstək verməsi və Tramp administrasiyasının fəallığı layihənin canlanmasına töhfə verə bilər. Azərbaycanın həm enerji ixracatçısı, həm də tranzit ölkə kimi rolu möhkəmlənir. Zəngəzur dəhlizi və digər regional layihələr Azərbaycanın təşəbbüsü ilə formalaşan yeni reallıqlar fonunda gerçəkləşməkdədir. Bu baxımdan, Ermənistanla sülh, konstitusiya islahatları və əməkdaşlıq formalarının müəyyənləşdirilməsi bölgənin sabitliyi və inkişafı üçün zəruridir. Azərbaycanın mövqeyi aydındır: əməkdaşlıq və suverenlik prinsiplərinə əsaslanan siyasət qurulmalı, xarici güclərin diktəsi ilə deyil, real maraqlar əsasında gələcək formalaşmalıdır.”

Bütün bu məqamlar bir daha təsdiqləyir ki, Azərbaycan–ABŞ münasibətləri artıq yalnız energetika və təhlükəsizlik çərçivəsində məhdudlaşmır. Onlar süni intellektdən tutmuş, sülh diplomatiyasına qədər çoxsaylı strateji sahələri əhatə edən dərin və çoxtərəfli tərəfdaşlığa çevrilib. Prezident İlham Əliyevin Ağ Evə səfəri, bu tərəfdaşlığın siyasi təcəssümü və Azərbaycanın qlobal güc mərkəzləri ilə dialoqunun daha yüksək mərhələyə keçdiyinin bariz göstəricisidir. Bu, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasının növbəti təsdiqidir.

 

Əvvəlki Yazı

Sevinc Hüseynova: ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlayıb

Növbəti Yazı

Zəngəzur mahalında yerləşən Nüvədi kəndindən əhalinin deportasiya edilməsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.