Rusiya lideri Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Moskvada keçirilən görüşdə Yaxın Şərqdəki vəziyyəti müzakirə edərək, iki dövlətin yaradılması əsasında Fələstin-İsrail münaqişəsinin həlli üçün səyləri artırmağa çağırıblar. Bu barədə WAM xəbər agentliyinin dərc etdiyi ərəb dövləti başçısının ofisinin bəyanatında deyilir
“Əlahəzrətləri ilə Rusiya Prezidenti Yaxın Şərqdə baş verənləri müzakirə edərək, hamı üçün sabitlik və təhlükəsizliyə təminat verən “iki dövlət” prinsipinə əsaslanan ədalətli və hərtərəfli sülh üçün aydın perspektivlər yaratmaq üçün səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar”. Tərəflər həmçinin 2025-ci ilin oktyabrında Rusiya-Ərəb sammitinin keçirilməsinin vacibliyini qeyd ediblər. (Tass)