Muxtariyyətin rəhbəri Yevgeniya Qutsulun həbsindən sonra Qaqauziya Xalq Məclisi (parlamenti) Moldovada siyasi böhran elan edib və beynəlxalq insan haqları təşkilatlarından müşahidəçiləri regiona dəvət etmək qərarına gəlib. Bu barədə qanunverici orqanın saytında dərc olunan qərarda deyilir.
“Moldova Respublikasında siyasi böhran şəraitində insan hüquqlarına, milli azlıqların hüquqlarına riayət olunmasına və qanunun aliliyinin təmin edilməsinə nəzarət etmək məqsədilə Qaqauziya ATU-ya müşahidə missiyalarının göndərilməsi xahişi ilə beynəlxalq hüquq müdafiə təşkilatlarına müraciət etmək”, – sənəddə deyilir. BMT-yə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinə və Rusiya, Türkiyə, Çin, Hindistan və ABŞ hökumətlərinə göndəriləcək. (Tass)