ABŞ Bakı ilə İrəvan arasında razılaşma çərçivəsində Azərbaycan və Ermənistan əraziləri arasında nəqliyyat dəhlizinin idarə edilməsi hüquqlarını ala bilər. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyanı və İlham Əliyevi qəbul edəcək. Görüşdən sonra Reuters mənbələri bildiriblər ki, “sülhə aparan konkret yol” tapmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sülh sazişi imzalana bilər.
Mənbələrin bildirdiyinə görə, Ermənistan ABŞ-a “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” adlandırılacaq nəqliyyat dəhlizinin inkişafı üçün uzunmüddətli eksklüziv hüquqlar verməyi planlaşdırır. Həmsöhbətlər həmçinin qeyd ediblər ki, marşrut Ermənistan qanunlarına uyğun həyata keçiriləcək və ABŞ torpaqları infrastruktur və idarəetmə üçün konsorsiuma subicarəyə verəcək. (Tass)