Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Cənubi Afrikanın Ukraynadakı böhranın həllinə kömək edəcək sülh təşəbbüslərinə tam dəstəyini ifadə edib. Bu barədə Cənubi Afrika prezidenti administrasiyasının iki ölkə liderləri arasında telefon danışığından sonra dərc olunmuş bəyanatında deyilir.
“Avqustun 7-də günortadan sonra Ramafosa Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb”, – məlumatda deyilir. “Söhbət Ukraynadakı sülh prosesi və ikitərəfli maraq doğuran məsələlərlə bağlı olub. Prezident Putin Cənubi Afrikanın Rusiya və Ukrayna arasında sülh prosesinin irəliləyişində iştirakına görə minnətdarlığını və yüksək qiymətləndirdiyini bildirib. Prezident Ramafosa Cənubi Afrikanın hərbi əməliyyatlara son qoyacaq və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olmasına töhfə verəcək sülh təşəbbüslərini tam dəstəklədiyini bildirib”.
Liderlərin iki ölkə arasında strateji münasibətlərin inkişafı ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəldiyi vurğulanıb. (Tass)