Avqustun 8-də Amerika paytaxtında Ermənistan və Azərbaycan nümayəndələri sülh sazişi imzalayacaqlar.Bu barədə Reuters agentliyi Ağ Evin mətbuat katibinin müavini Anna Kelliyə istinadən məlumat yayıb.
“Bu, təkcə Ermənistana aid deyil. Bu, təkcə Azərbaycana aid deyil. Bu, bütün regiona aiddir və onlar bilirlər ki, bu region [ABŞ] Prezidenti Donald Trampın dövründə daha təhlükəsiz və çiçəklənən sayılır”, – agentlik onun sözlərini sitat gətirir.
Kelli əlavə edib ki, Tramp həmçinin Ermənistan və Azərbaycanla enerji, ticarət, infrastruktur, texnologiya və sərhəd əməkdaşlığı sahəsində əməkdaşlığa dair sazişlər imzalayacaq.
Tramp Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçirəcək. Görüşlərdən sonra tərəflər birgə bəyanatla çıxış edəcəklər.