Avqust 24, 2025-11:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

İsveçdə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

2025:08:11 - 11:05
in MƏDƏNİYYƏT
A A

İsveçdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, böyük mütəfəkkir Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş onlayn elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçdə fəaliyyət göstərən “Qobustan” Azərbaycan Aydınlar Ocağı dərnəyi tərəfindən təşkil olunmuş tədbirdə İsveç, Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan 40-a yaxın qonaq iştirak edib. Dərnəyin sədri, tədbirin moderatoru Səadət Kərimi açılış nitqində Bəxtiyar Vahabzadənin dühalıqından bəhs edib, yaradıcılığından müxtəlif şeirlər səsləndirib.

Konfransın əsas məruzəçisi ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Xəzər Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədli idi. O, çıxışında tənqidşünaslıq kriteriyalarından istifadə edərək Vahabzadənin yaradıcılığını hərtərəfli təhlil edib.

Tədbirdə, həmçinin Dünya Azərbaycanlıları Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev, alim və tədqiqatçılar Namiq Murad, Nazim Muradov, Ali Şamil, Asif Rüstəmli, Aida Mirzəyeva, Səriyyə Gündoğdu, Pərvanə Bayram, şair Qiymət Məhərrəmli, türkmən yazıçısı Ak Velsapar, Turan İbrahimov və Abdulla Amir Haşimi çıxış edərək, şairin ədəbi irsi, milli-vətənpərvərlik mövzuları, poeziyasında azadlıq və mənəvi dəyərlər, Türk dünyasına verdiyi töhfələr, gənclərin tərbiyəsində rolu və yaradıcılığının müasir dövrdə əhəmiyyətini qeyd ediblər.

Əvvəlki Yazı

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

Növbəti Yazı

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.