Azərbaycan ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin edilməsi qaydaları Azərbaycan Respublikası ərazi müdafiəsi haqqında əsasnamə ilə müəyyən ediləcək.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Müdafiə haqqında” Qanuna etdiyi dəyişiklikdə əksini tapıb.
Belə ki, ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi kompleksi nəzərdə tutulub.
Ərazi müdafiəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək.
Həmçinin ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.