Venesuela prezidenti Nikolas Maduro müstəqil dövlətlərə qarşı sanksiyaların tətbiqini pisləyib və bildirib ki, Rusiya və Rusiya lideri Vladimir Putin iqtisadi, hərbi, siyasi və diplomatik cəbhələrdə qələbə qazanıb.
“Rusiya iqtisadiyyatı böyük dayanıqlıq nümayiş etdirdi, sanksiyaların raket zərbələrinə tab gətirdi və qalib gəldi” prezident Venezolana de Televisión telekanalında “Maduro Plus ilə” proqramında deyib. Dövlət başçısı vurğulayıb ki, “Rusiya və Putin iqtisadi, silahlı, siyasi və diplomatik müharibədə qalib gəliblər”.