Avqust 21, 2025-16:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Reuters: ABŞ Qəzzaya havadan yardım göndərməyəcək

2025:08:12 - 11:32
in DÜNYA
A A

ABŞ prezidenti Donald Trampın administrasiyası anklavda yaşanan ərzaq böhranı fonunda digər ölkələrdən nümunə götürərək Qəzza zolağına humanitar yardımla təchiz olunmuş təyyarələr göndərmək niyyətində deyil. Bu barədə “Reuters” administrasiyadakı mənbələrə istinadən məlumat yayıb .

Bundan əvvəl, iyulun sonu və avqustun əvvəlində Böyük Britaniya, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və digər ölkələrin hökumətləri ağır ərzaq vəziyyətini yaxşılaşdırmaq üçün hərbi və mülki aviasiya vasitəsi ilə Qəzza zolağına humanitar yardımın birbaşa havadan çatdırılmasını təşkil etməyə başladılar. 2024-cü ildə Co Baydenin prezidentliyi dövründə ABŞ oxşar təşəbbüslərə qoşuldu, onun administrasiyası anklava ümumi dəyəri 1,2 min ton olan humanitar yüklə hərbi nəqliyyat təyyarələri göndərdi.

Tramp administrasiyası humanitar yardımla hava dəhlizlərinin təşkilini ciddi düşünmür və Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri ərzaq çatdırmaq üçün göndərməyəcək. Ağ Ev belə bir təcrübəni mənasız və qeyri-real hesab edir, çünki bu, Qəzzada humanitar vəziyyətə ciddi təsir göstərməyəcək. Birləşmiş Ştatlar digər ölkələrin Qəzzaya ərzaq daşımaq məqsədi daşıyan hava əməliyyatlarına logistik yardım göstərməkdən də çəkinir. Eyni zamanda, Tramp administrasiyası Fələstin anklavında ərzaq böhranı probleminə alternativ “yaradıcı həllər”ə açıqdır.

“Prezident Tramp Qəzzədəki fələstinlilərə kömək etmək üçün yaradıcı həllər tapmağa çağırıb. Biz Qəzza əhalisini [radikal Fələstin hərəkatı] HƏMAS-ın əlindən kənarda saxlayaraq, ərzaq çatdırmaq üçün istənilən effektiv səyləri alqışlayırıq”, – Ağ Evin mətbuat xidmətindən agentliyə bildiriblər. (Tass)

Əvvəlki Yazı

FT: Aİ 2025-ci ilin sonuna qədər mərmi istehsalını hər il 2 milyona çatdıracaq

Növbəti Yazı

DİN: Ötən gün axtarışda olan 96 nəfər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.