Avqust 21, 2025-9:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Beynəlxalq İT şirkəti Azərbaycanda fəaliyyətə başlayır

2025:08:12 - 11:58
in İQTİSADİYYAT
A A
Rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan “EPAM Systems” şirkəti Azərbaycanda fəaliyyətə başlayacağını rəsmən elan edib.

 

Bu barədə “APA-Economics”ə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.

Məlumata görə, yaxın zamanda Bakıda açılacaq nümayəndəlik əməliyyat işləri ilə yanaşı, irimiqyaslı rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan innovasiya mərkəzi kimi də fəaliyyət göstərəcək. Əməkdaşlığın xüsusi istiqaməti süni intellekt sahəsini əhatə edəcək. Belə ki, “EPAM Systems” şirkəti digər ölkələrdə həyata keçirilən layihələrdə öz effektivliyini sübut etmiş qabaqcıl həlləri ölkəmizdə tətbiq edəcək.

Şirkət Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında, “mygov” (o cümlədən mygov biznes) rəqəmsal xidmətlər ekosisteminin genişləndirilməsində və bu xidmətlərin səmərəliliyinin və əlçatanlığının artırılmasına yönəlmiş texnoloji həllərin tətbiqində fəal iştirak etməyi planlaşdırır. “EPAM Campus” platforması vasitəsilə yerli İT mütəxəssislərin hazırlanması və texnoloji səriştələrin inkişafı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və digər dövlət qurumları ilə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət ayrılacaq. Əməkdaşlıq çərçivəsində proseslərin avtomatlaşdırılmasını asanlaşdıran, xidmətlərin dəqiqliyini və sürətini artıran, istifadəçi təcrübəsini təkmilləşdirən süni intellekt həllərinin inteqrasiyası nəzərdə tutulur.

Qeyd edək ki, “EPAM Systems” rəqəmsal platformaların hazırlanması, süni intellekt həllərinin tətbiqi və ümumilikdə rəqəmsal transformasiya üzrə ixtisaslaşmış dünyanın ən böyük texnologiya şirkətlərindən biridir. 62000-dən artıq mütəxəssisə malik “EPAM Systems” şirkəti 55-dən çox ölkədə təmsil olunur və “Fortune 500” siyahısına daxil olan dünyanın ən iri korporasiyalarına xidmət göstərir. 2012-ci ildən etibarən “EPAM Systems”in səhmləri Nyu-York Fond Birjasında satılır, şirkət 2021-ci ildən “S&P 500” indeksinə daxil olub. Bu, şirkətin miqyasını və qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyətli olduğunu sübut edir.

“EPAM Systems” dövlət sektorunun rəqəmsallaşması sahəsində böyük təcrübəyə malikdir və Avropanın bir sıra ölkələrində, eləcə də Körfəz regionunda layihələr həyata keçirib. Böyük Britaniyada şirkət “ServiceNow” platforması vasitəsilə dövlət xidmətlərini modernləşdirir, Ukraynada “Diia” adlı rəqəmsal xidmətin hazırlanması və yenilənməsində iştirak edib, Birləşmiş Ərəb Əmirliklərində isə “DGE OneHub” platformasını istifadəyə verib. Bu layihələr xidmətlərin rəqəmsallaşdırılmasını, süni intellektin, bulud həllərinin və rəqəmsal platformaların tətbiqini əhatə etməklə yanaşı, “EPAM Systems”in qabaqcıl texnologiyanı dövlət idarəçiliyinin xüsusiyyətinə uyğunlaşdırmaq bacarığını nümayiş etdirir.

 

Əvvəlki Yazı

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı sənəd qəbulu davam etdirilir

Növbəti Yazı

Son yeddi ayda AHİK-dən sanatoriya və kurortlara verilən yollayışların sayı açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.