Qaqauziyanın rəhbəri Eugenia Qutsul həbsxanadan etdiyi müraciətdə tərəfdarlarını prezident Maia Sandu və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasının Moldovada qurduğu diktaturaya qarşı mübarizəni davam etdirməyə çağırıb.
“Sizin dəstəyiniz məni diktaturaya, mövcud hakimiyyətə, ədalətsizliyə qarşı mübarizəni davam etdirməyə sövq edir və güc verir. Mənə əmanət etdiyiniz hər bir səsinizin haqqını müdafiə edəcəyəm və mübarizə aparacağam ki, bu gün bir nəfər də olsun günahsız insan bu hakimiyyətə xidmət edən hakimlərin işgəncəsinə, alçaldılmasına, ədalətsiz qərarlarına məruz qalmasın. Biz bir xalqın yanındayıq, bir xalqıq. Moldovalılar, ukraynalılar, ruslar, bolqarlar mən sizi sevirəm”, – Qutsul Qaqauziyanın rəhbərinin müşaviri Yuri Kuznetsov tərəfindən həbsxananın yaxınlığındakı mitinqdə toplaşanlara oxunan müraciətdə yazıb. (Tass)