Kişinyov meri İvan Ceban müxalifətin etiraz aksiyalarını qadağan etmək səlahiyyətinin olmadığını deyib və polisin bu tələbini manipulyasiya adlandırıb.
“Meriya və merin siyasi tədbirlərə icazə və ya qadağa hüququ ilə heç bir aidiyyatı yoxdur. Polis bunu bilir. Sanki meriya polisdən quldurları tutmaq əvəzinə opera və balet teatrında rəqs etməyi xahiş edib”, – Çeban öz Telegram kanalında yazıb. Onun sözlərinə görə, polisin avqustun 16-da elan etdiyi müxalifətin etiraz aksiyasını qadağan etmək çağırışı parlamentə və hökumətə nəzarət edən “Hərəkət və Həmrəylik Partiyasının seçki qərargahında yazılıb”.
Mer bildirib ki, indiki hakimiyyət bu cür qadağalar üçün kifayət qədər rıçaq və səlahiyyət yaradıb. “Qərarlar verin və onlara cavabdeh olun” deyə Çeban çağırıb. O, həmçinin polisi “partiyanın maraqları naminə siyasətlə məşğul olmamağa” çağırıb.
Polis “Qələbə” müxalifət blokunun lideri İlan Şorun Telegram kanalı vasitəsilə elan etdiyi etiraz aksiyasının qadağan edilməsi ilə bağlı çağırış yayıb. Onlar qeyd ediblər ki, qarşıdan gələn aksiya guya ölkədə ictimai-siyasi sabitliyi pozmaq məqsədi daşıyır və aksiyaya istənilən yardım birbaşa iştirakçılıq olacaq. Polis Şorun aksiyada iştirakına görə vəd etdiyi pul mükafatına da diqqət çəkərək, bunun “ciddi qanun pozuntusu” olduğunu qeyd edib. Moldovada Şor maliyyə fırıldaqlarında ittiham edilərək axtarışa verilib. Moskvada olan müxalifətçi ittihamları qəbul etmir və işi siyasi adlandırır. Bazar ertəsi Şor özünün Telegram kanalı vasitəsilə Moldova vətəndaşlarını hökuməti dəyişmək məqsədi ilə Kişinyovun əsas meydanında müddətsiz etiraz aksiyası keçirməyə çağırıb.Polis “Qələbə” müxalifət blokunun lideri İlan Şorun Telegram kanalı vasitəsilə elan etdiyi etiraz aksiyasının qadağan edilməsi ilə bağlı çağırış yayıb. Onlar qeyd ediblər ki, qarşıdan gələn aksiya guya ölkədə ictimai-siyasi sabitliyi pozmaq məqsədi daşıyır və aksiyaya istənilən yardım birbaşa iştirakçılıq olacaq. Polis Şorun aksiyada iştirakına görə vəd etdiyi pul mükafatına da diqqət çəkərək, bunun “ciddi qanun pozuntusu” olduğunu qeyd edib. Moldovada Şor maliyyə fırıldaqlarında ittiham edilərək axtarışa verilib. Moskvada olan müxalifətçi ittihamları qəbul etmir və işi siyasi adlandırır. Bazar ertəsi Şor özünün Telegram kanalı vasitəsilə Moldova vətəndaşlarını hökuməti dəyişmək məqsədi ilə Kişinyovun əsas meydanında müddətsiz etiraz aksiyası keçirməyə çağırıb . O, həmçinin işdən kənarda qaldıqları üçün iştirakçıların maddi itkilərini kompensasiya edəcəyini də əmin edib, həmçinin işdən kənarda qaldıqları üçün iştirakçıların maddi itkilərini kompensasiya edəcəyini də əmin edib.