Biznesmen və xeyriyyəçi Samvel Karapetyanın ailəsi Ermənistanın Elektrik Şəbəkələri (ENA) işi üzrə Ermənistan hökumətinə qarşı arbitraj iddiası qaldırıb. Müvafiq bəyanat avqustun 12-də biznesmenin müdafiə şurasının Facebook səhifəsində dərc edilib.
“Samvel Karapetyan və ailəsi “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin mülkiyyətdən məhrum edilməsinə görə məsuliyyətə cəlb edilməsi ilə bağlı Ermənistan Respublikasına qarşı rəsmi olaraq beynəlxalq arbitraj prosesi başlayıb”, – deyə məlumatda bildirilir.
Bildirilir ki, iş adamının ailəsi iddia ərizəsində Ermənistan hakimiyyətinin hərəkətlərini özbaşınalıq, ayrı-seçkilik və siyasi motivli adlandırır. (İzvestia)