Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 15-də Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitində iştirak edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib.
“Bəli, mən Lavrovun gələn cümə günü Alyaskada keçirilməsi planlaşdırılan bu tədbirdə iştirakını təsdiq edə bilərəm”, – o deyib. (Tass)