Rusiyanın Kiyev rejiminə silah tədarükü ilə bağlı mövqeyi Azərbaycana yaxşı məlumdur; belə hərəkətlər yerlərdə vəziyyəti daha da pisləşdirəcək. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev deyib.
Diplomat Rusiya Silahlı Qüvvələrinin Azərbaycanın Ukrayna ərazisindəki qaz obyektlərinə hücumlarını davam etdirəcəyi təqdirdə, rəsmi Bakının Kiyevə silah tədarükünə qoyulan embarqonu ləğv edə biləcəyi ilə bağlı məlumatı şərh edib.
“Rusiya Xarici İşlər Nazirliyi bu məlumatlara diqqət yetirib və deyə bilərəm ki, azərbaycanlı tərəfdaşlarımız Kiyevdəki neonasist rejiminə ikili təyinatlı silahların və ya humanitar yardımın tədarükü ilə bağlı mövqeyimizi yaxşı bilirlər. Biz hesab edirik ki, bu cür hərəkətlər münaqişənin sülh yolu ilə həllinə kömək etmir və yalnız yerlərdə vəziyyəti daha da pisləşdirəcək”, – o vurğulayıb.