Avqust 23, 2025-20:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycanda xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi uçotuna alınacaq

2025:08:13 - 14:55
in SİYASƏT
A A

Prezident İlham Əliyev Mülki-Prosessual, Mülki, Vergi, Cinayət-Prosessual, Cəzaların İcrası, Rəqabət Məcəllələrində, həmçinin “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

“Report” xəbər verir ki, dəyişikliklə xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar.

Həmçinin xüsusi icra məmurlarının fəaliyyətinə görə bir ay ərzində aldıqları icra haqlarından (xərclər nəzərə alınmadan) vergi tutulacaq.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, onların əldə etdikləri icra haqları qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir hesab ediləcək.

Bundan başqa, layihədə xüsusi icra məmurlarının gəlir vergisinin ödəyicisi hesab edilməsi, vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulması, hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq onlara ödənilən icra haqlarına münasibətdə bəyannamə vermək öhdəliyi nəzərdə tutulur.

“Sosial sığorta haqqında” qanunda xüsusi icra məmurlarının da məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin siyahısına əlavə edilməsi, onlardan minimum aylıq əməkhaqqının beş mislinin 25 %-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulacaq.

Yuxarıda qeyd olunanlarla yanaşı, “Tibbi sığorta haqqında” qanuna da dəyişiklik edilərək, xüsusi icra məmurlarının sığortalı qismində çıxış edən şəxslərin siyahısına əlavə edilməsi nəzərdə tutulur

Əvvəlki Yazı

Dövlət icra məmurlarının funksiyaları müəyyənləşib

Növbəti Yazı

Albaniya Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.