Avqust 22, 2025-21:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

2025:08:13 - 14:36
in SOSİAL
A A
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb.

Bu barədə APA-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun 13-dən 17-dək https://www.e-gov.az/az/services/read/3149/1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri haqqında bəzi statistik məlumatları da təqdim edirik.

Avqustun 10-da keçirilən imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Aşağıdakı cədvəllərdə istiqamətlər və ballar üzrə histoqramlarla tanış ola bilərsiniz:

I istiqamət – Tibb (müalicə işi, pediatriya)

Minimal bal : 13.000

Maksimal bal : 86.000

Namizədlərin sayı : 673

Ballar üzrə histoqram

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 1 1
81 – 85 5 6
76 – 80 18 24
71 – 75 46 70
66 – 70 64 134
61 – 65 114 248
56 – 60 101 349
51 – 55 122 471
50 12 483

Qeyd: ATU-nun Hərbi Tibb Fakültəsinin namizədlərinin sayı nəzərə alınmayıb.

 

II istiqamət – Stomatologiya

Minimal bal : 25.000

Maksimal bal : 85.000

Namizədlərin sayı : 84

Ballar üzrə histoqram

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 0 0
81 – 85 3 3
76 – 80 5 8
71 – 75 6 14
66 – 70 15 29
61 – 65 13 42
56 – 60 12 54
51 – 55 7 61
50 4 65

 

III istiqamət – Tibbi profilaktika

Minimal bal : 13.000

Maksimal bal : 65.000

Namizədlərin sayı : 69

Ballar üzrə histoqram

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 0 0
81 – 85 0 0
76 – 80 0 0
71 – 75 0 0
66 – 70 0 0
61 – 65 2 2
56 – 60 9 11
51 – 55 7 18
50 2 20

 

IV istiqamət – İctimai səhiyyə

Minimal bal : 24.000

Maksimal bal : 69.000

Namizədlərin sayı : 18

Ballar üzrə histoqram

Bal intervalları Namizədlərin sayı Cəmi
96 – 100 0 0
91 – 95 0 0
86 – 90 0 0
81 – 85 0 0
76 – 80 0 0
71 – 75 0 0
66 – 70 1 1
61 – 65 0 1
56 – 60 1 2
51 – 55 6 8
50 1 9

 

Əvvəlki Yazı

Rusiya Xarici İşlər Nazirliyi: İsrailin Qəzzada əməliyyatı genişləndirmək planları regional təhlükəsizliyi təhdid edir

Növbəti Yazı

Putin onu dəvət edərsə, Krım Trampı qəbul etməyə hazırdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.