Süni intellekt startapı Perplexity Google Chrome-u 34,5 milyard dollara almağı planlaşdırır. Maraqlısı odur ki, Perplexity-nin öz dəyəri cəmi 18 milyard dollardır, buna görə də sövdələşmə üçün böyük investisiya fondları da cəlb edilə bilər.
Səbəb 2024-cü ilin noyabrında ABŞ Ədliyyə Nazirliyi Google-u inhisarçılıqda ittiham etməsi və məhkəmə yolu ilə Chrome-un satılmasının tələbi olub.
Perplexity söz verir ki, Chrome-un strukturunu və reklam sistemlərini dəyişməyəcək, üstəlik iki il ərzində Chrome və Chromium-un inkişafına 3 milyard dollardan çox sərmayə qoyacaq.
Lakin Google-un Chrome-u satması barədə məhkəmə qərarı hələ yoxdur. Hakimlərin qərarı bu ayın sonunadək gözlənilir.