Avqust 22, 2025-13:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BDU-nun Filologiya fakültəsində 7 ixtisas üzrə kadrlar hazırlanır

2025:08:14 - 13:59
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 14 kafedra (Azərbaycan ədəbiyyatı tarixi, Rus ədəbiyyatı tarixi, Azərbaycan dilçiliyi, Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, Türkologiya, Ümumi dilçilik, Rus dilçiliyi, Dünya ədəbiyyatı, Azərbaycan dili və nitq mədəniyyəti, Rus dili, İngilis dili (təbiət fakültələri üzrə), İngilis dili (humanitar fakültələri üzrə), Alman və fransız dilləri kafedraları) və 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsində 7 ixtisas – Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, filologiya (Azərbaycan dili və ədəbiyyatı), dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə) ixtisaslarının məzunları ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər, gimnaziyalar) tədris apara bilərlər.

Filologiya (Azərbaycan dili və ədəbiyyatı), filologiya (rus dili və ədəbiyyatı), filologiya (alman dili və ədəbiyyatı), filologiya (fransız dili və ədəbiyyatı), filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasları üzrə məzunlar filoloji istiqamətli elmi-tədqiqat institutları, dövlət qurumları, müxtəlif müəssisələrdə filoloq mütəxəssis-məsləhətçi olaraq fəaliyyət göstərə bilərlər.

Fakültədə tədris Azərbaycan və rus dillərində aparılır.

Əvvəlki Yazı

Zelenski NABU və SAP hekayəsi ilə özünü Qərbin gözündə nüfuzdan saldı

Növbəti Yazı

Vaqenknext: Ukrayna ilə bağlı onlayn görüş münaqişənin uzadılmasına dair konfrans idi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.