Rusiyaya məxsus Su-30SM2 təyyarələrinin daha bir partiyası Belarusun aerodromlarından birinə çatdırılıb. Bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.
“Hazırda Su-30SM2 təyyarələrinin daha bir partiyası Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının aerodromlarından birinə enir. Təyyarələr Belarus Respublikasının hava məkanında təhlükəsizliyini təmin etmək üçün Hərbi Hava Qüvvələrinin imkanlarını artırmaq məqsədilə Belarus Respublikası ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində qəbul edilib”, – məlumatda deyilir. (Tass)