ABŞ prezidenti Donald Tramp arvadı Melaniya Trampın ABŞ-ın keçmiş prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı böhtana görə 1 milyard dollarlıq məhkəmə iddiasını dəstəkləyib.
“Düşünürəm ki, biz irəli getməliyik”, – Tramp Fox News-a müsahibəsində deyib.
Daha əvvəl bildirilmişdi ki, 2025-ci ilin avqustun əvvəlində Hunter Bayden bildirib ki, uşaq təcavüzündə ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteyn hazırkı prezidenti gələcək həyat yoldaşı Melaniya ilə tanış edib.
Telekanalın məlumatına görə, ABŞ-ın birinci xanımı Hunter Baydenə məktub göndərərək avqustun 7-dək sözlərini təkzib etməsə, onu “böhtan xarakterli bəyanatlar” ittihamı ilə 1 milyard dollar təzminatla məhkəməyə verəcəyi ilə hədələyib.ABŞ-ın keçmiş prezidentinin oğlu tələbi yerinə yetirməkdən imtina edib. (Tass)