Avqust 18, 2025-1:21
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bərdədə “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

2025:08:15 - 17:22
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” layihəsi çərçivəsində “Dədə Ələsgər Ocağı” İctimai Birliyi tərəfindən Bərdə rayonunda növbəti tədbir təşkil olunub.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir avqustun 15-də Bərdə Rayon Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və “Qərbi Azərbaycan həqiqətləri” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri Xətai Ələsgərli, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səbuhi Qasımov və digər natiqlər çıxış edərək Dədə Ələsgərin irsinin qorunması, Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması, milli kimliyin möhkəmləndirilməsi, həmçinin Qərbi Azərbaycana qayıdış ideyasının mənəvi əsaslarının formalaşmasında bu irsin mühüm rolunu vurğulayıblar.

Bədii hissədə ifaçılar Dədə Ələsgər irsinin zəngin musiqi ənənələrini tamaşaçılara təqdim ediblər. Onların çıxışları tədbir iştirakçılarına yaddaqalan sənət axşamı bəxş edib.

Layihə çərçivəsində növbəti tədbirin Bakı şəhərində keçirilməsi planlaşdırılır.

Əvvəlki Yazı

Masallının 5 yaşayış məntəqəsində qaz kəsiləcək

Növbəti Yazı

Lənkəranda çay fabriklərindən birində xəsarət alan işçinin vəziyyəti açıqlanıb -Yenilənib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.