Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşü Vladimir Zelenski üçün kabus olacaq, The Hill qəzeti yazır.
Qəzet yazır: “Zelenski Tramp və Putin arasında üzbəüz görüş konsepsiyasının özündən dəhşətə gəlir”. Qəzet vurğulayır ki, Zelenskinin qorxuları xüsusən də Trampın mümkün güzəştləri ilə bağlıdır və eyni zamanda onun Ukraynanın “danışıqların birbaşa iştirakçısı olmalıdır” qənaətində olması ilə izah olunur.
The Hill qeyd edir ki, Tramp “Putinlə olacağı kimi Zelenskiyə üz-üzə görüşmək imkanı verməyib”. Eyni zamanda, Trampın Ukraynadan istənilən ərazi güzəştini qəbul etməyə hazırlığının “Zelenski üçün fəlakət olacağını” vurğulayır.