Ankoricdə (Alyaska) Rusiya-ABŞ sammitini görüşün nəticəsindən asılı olmayaraq Rusiya prezidenti Vladimir Putinin qələbəsi hesab etmək olar. Bu fikri Bloomberg agentliyi bildirib.
“Hətta sammit başlamamışdan və onun nəticəsindən asılı olmayaraq, Putin artıq qələbəsini elan edə bilər”, – məqalədə deyilir. Agentlik qeyd edir ki, Rusiya dövlətinin başçısının ABŞ-a dəvət edilməsi “[Donald] Trampın ikinci prezidentlik dövründə iki ölkə arasında münasibətlərin istiləşməsinə dəlalət edir”.