ABŞ prezidenti Donald Tramp bildirib ki, Vladimir Zelenski ilə danışıqlar uğurlu olarsa, Rusiya prezidenti Vladimir Putinlə avqustun 18-də Vaşinqtonda görüş təyin olunacaq.Ağ Ev rəhbəri belə bir görüşün üçtərəfli olub-olmayacağına aydınlıq gətirməyib.
“Prezident Zelenski bazar ertəsi günortadan sonra Oval kabineti ziyarət etmək üçün Vaşinqtona gəlir. Hər şey yaxşı olarsa, prezident Putinlə görüş təyin edəcəyik. Bu, milyonlarla insanın həyatını xilas edə bilər”, – Amerika lideri Truth Social-da yazıb.