Vladimir Zelenski Rusiya hərbi sənaye kompleksinə qarşı sanksiyalar tətbiq edib. Süni intellektdən istifadə edən dron istehsalçılarına və onların təchizatçılarına qarşı məhdudlaşdırıcı tədbirlər görülüb. Müvafiq fərmanlar Zelenskinin saytında yerləşdirilib.
Siyahılara 43 Rusiya, 10 Çin və iki Belarus olmaqla 39 fiziki şəxs və 55 şirkət daxildir. Rusiyadan olanlar arasında NPO Energia, İnsansız Sistemlər və Texnologiyalar Mərkəzi və Süni İntellekt Texnologiyaları üzrə Neurolab Mərkəzi var.