Artıq Ukraynada atəşkəsə ehtiyac yoxdur, çünki artıq sülh sazişi müzakirə olunur. Bunu ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff deyib.
“Fox News”a müsahibəsində ondan soruşublar ki, əgər orada atəşkəslə bağlı razılıq əldə olunmasa, Vaşinqton Alyaskada Rusiya-ABŞ sammitini qələbə hesab edirmi? “Atəşkəs, ümumiyyətlə, sülh sazişindən əvvəlki şərtdir. Prezident [ABŞ Donald Tramp] həmişə bu mənada atəşkəsdən danışırdı, lakin o, [Cümə günü Rusiya prezidenti Vladimir Putinlə] görüşdə çoxlu qələbələr əldə etdi və başa düşdü ki, biz sülh sazişi haqqında danışa bilərik. Əsas məqsəd sülh sazişidir”, – Vitkoff cavab verib. (Tass)