Avqust 20, 2025-23:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır

2025:08:18 - 16:11
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə yarımillik hesabatı müzakirə olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda şöbə müdiri dosent Fərhad Yusifov çıxış edərək 6 ay ərzində rəhbərlik etdiyi struktur bölmədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib. O bildirib ki, rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda kibersuverenlik sahəsində beynəlxalq təcrübə analiz olunub, eləcə də dövlətin kibersuverenliyi problemləri, konseptual yanaşmalar və perspektivlərinə dair tədqiqatlar aparılıb.

Dosent F.Yusifov “Rəqəmsal dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda vətəndaşyönümlü yanaşma əsasında rəqəmsal dövlətin konseptual modelinin işlənməsi, eləcə də Qrant layihəsi çərçivəsində Sənaye 4.0 platformasında neft və qaz sektorunun inkişaf modellərinin analizi istiqamətində tədqiqatlar aparıldığını, məqalələr hazırlandığını qeyd edib.

“Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusunda 6 ay ərzində aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri süni intellektin inkişafına dair qlobal tendensiyaların araşdırılması, qabaqcıl ölkələrin süni intellekt strategiyalarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.

Məruzəçi bildirib ki, şöbədə e-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti ilə bağlı məsələlər də diqqət mərkəzində olub, e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsinə dair məqalə işlənilib. “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda milli dəyərlər və stereotip düşüncənin fərdi tibbi məlumatların qorunmasına təsirinin analizi, folklordan qaynaqlanan kollektiv biliklə süni intellekt modellərinin müqayisəli analizi məsələlərinə baxılıb.

Şöbə müdiri yarım il ərzində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması kimi aktual istiqamətlərdə aparılan tədqiqatların nəticələri haqqında da məlumat verib.

Həmçinin e-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi mövzusunda araşdırmaların aparıldığını söyləyib.

Sonra məruzəçi “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda dərc olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edilən tezislər haqqında məlumat verib.

Dosent F.Yusifov əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən də bəhs edib, şöbənin elmmetrik göstəricilərini diqqətə çatdırıb.

Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatına münasibətini bildirib. Alim institutda dövlətin kibersuverenliyinin təmin olunması, eləcə də rəqəmsal dövlət problemlərinə dair tədqiqatların dərinləşdirilməsinin müasir dövrün tələbi olduğunu deyib. Gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi, aktual elmi problemlərə həsr olunmuş məqalələrin işlənilməsi və mütəmadi olaraq şöbələrarası seminarların keçirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə yarımillik hesabatı qənaətbəxş

Əvvəlki Yazı

Gənclər Kitabxanasında Şıxəli Qurbanovun 100 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

Növbəti Yazı

Rektor: BDU-nun Şərqşünaslıq fakültəsinin fəaliyyəti dostluq körpüsünün daha da möhkəmlənməsinə xidmət edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.