Rusiya və Cənubi Afrika Respublikasının prezidentləri Vladimir Putin və Siril Ramafosa arasında Alyaskada keçirilən Rusiya-Amerika sammitinin yekunlarına həsr olunmuş telefon danışığı olub. Bu barədə Cənubi Afrika prezidenti administrasiyası məlumat yayıb.
“Prezident Putin ABŞ prezidenti Trampla apardığı danışıqların gedişindən və sülh prosesi ilə bağlı əldə olunan razılaşmadan məmnun olduğunu bildirib. “Ramafosa Rusiya liderinin verdiyi məlumatı yüksək qiymətləndirib. Cənubi Afrika prezidenti Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün əsas məsələlərdə daha böyük kompromis əldə etməyin vacibliyini vurğulayıb”.(Tass)