Ukrinform xəbər verir ki, Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə getməzdən əvvəl Vaşinqtonda Avropa liderləri ilə görüşür.
Onun sözlərinə görə, görüşlər Ukrayna səfirliyinin binasında keçirilir. Liderlərlə danışıqların müxtəlif vaxtlarda baş tutacağı gözlənilir. Agentliyin məlumatına görə, Zelenskinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya və İtaliyanın baş nazirləri Keir Starmer və Corcia Meloni, həmçinin Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşü planlaşdırılır.
Zelenski artıq oteldə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.
Ağ Evin məlumatına görə, Trampın əvvəlcə Zelenski ilə bir saat danışması, sonra isə Avropa liderlərini qəbul etməsi planlaşdırılır.