Avqustun 19-da ABŞ-dakı danışıqlardan sonra videokonfrans vasitəsilə AB-nin fövqəladə sammiti keçiriləcək. Bu barədə X-də Avropa Şurasının sədri Antonio Kosta bildirib.
“Mən Vaşinqtondakı danışıqların nəticələri barədə Aİ liderlərini məlumatlandırmaq üçün Avropa Şurasının videokonfransını çağırdım” deyən Kosta Aİ-nin “Ukrayna üçün uzunmüddətli sülh və təhlükəsizlik təminatları üçün ABŞ ilə birlikdə çalışacağına” ümid etdiyini bildirib. (Tass)