ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə qapalı görüş zamanı Vladimir Zelenski ərazi güzəştləri ideyasını dərhal rədd etməyib. Bu barədə bazar ertəsi “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Zelenski ərazilərin dəyişdirilməsi ideyasını rədd etməyib, lakin çətinliklərə işarə edib. O qeyd edib ki, əhalini köçürmək və Ukraynanın əraziləri təslim etməsi ilə bağlı konstitusiya qadağalarından yan keçmək çətin olacaq.
Bu çətinliklərə baxmayaraq, Zelenski mümkün sülh nizamlanmasının bir hissəsi kimi “proporsional mübadilə” variantını nəzərdən keçirə biləcəyini söyləyib. (Tass)