Avqust 20, 2025-19:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Mingəçevirdə Gənclər Forumu keçirilib

2025:08:19 - 15:24
in SOSİAL
A A

Mingəçevir Dövlət Universitetinin ev sahibliyi, Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurası və “İşıqlı Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli çərçivəsində “Gələcəyə #Birlikdə | Sosial Fəallıq və İnkişaf Proqramı” keçirilib.

Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində “#Birlikdə Güclüyük” Gənclər Forumu təşkil olunub.

Forumdan əvvəl Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Forumun rəsmi açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Forumda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Gənclər Təşkilatları Milli Şurasının baş katibi Nərminə Hüseynzadə, Mingəçevir Gənclər Evinin direktoru vəzifəsini icra edən Eşqin Məmmədov və “İşıqlı Gələcək Gənclər” İctimai Birliyinin sədri Samrin Xanlayev çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin təhsil, yaradıcılıq və ictimai fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Həmçinin vurğulanıb ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri cəmiyyətin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Sonra panel müzakirələr təşkil olunub və gənclərlə bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin vətəndaş məsuliyyətinin formalaşmasındakı rolu, konstitusiya birlikləri və fəal vətəndaşlıq anlayışının gənclər arasında təşviqi, eləcə də gənclərin ictimai təşəbbüslərdə iştirakı və sosial məsuliyyətin gücləndirilməsi kimi mövzular müzakirə olunub. İştirakçılar bu sahələrdəki təcrübələrini bölüşərək, gələcəkdə həyata keçirilə biləcək layihələr üçün təkliflər irəli sürüblər.

Forumun ikinci hissəsində isə “Gələcəyə #Birlikdə” proqramının məqsədləri, əsas fəaliyyət istiqamətləri və Mingəçevirdə icra olunacaq üç aylıq yerli fəaliyyət planı barədə ətraflı məlumat təqdim edilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin ikinci günündə təşkil olunan “Fəal Gənc Akademiyası” çərçivəsində gənclər üçün sosial fəallıq, liderlik, komanda işi və karyera planlaması ilə bağlı təlimlər keçirilib. 

Əvvəlki Yazı

Mərkəzi Aran bölgəsində Uşaq İncəsənət Festivalının ikinci mərhələsi davam edir

Növbəti Yazı

SOCAR-ın tabeliyində yeni hüquqi şəxslər yaradılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.