Tac dəliyinin təsiri ilə Yerdə maqnit qasırğası müşahidə edilir. Bu barədə avqustun 19-da Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz Telegram kanalında məlumat verib.
“Günəş küləyinin sürətinin partlayıcı artımına əsaslansaq, Yer indicə başdan-ayağa tac dəliyinə uçdu. Gəlin görək maqnitosfer nə qədər güclüdür”, – elanda deyilir.
Mütəxəssislər qeyd ediblər ki, hələlik maqnitosfer “yaşıl” zonada qalır. (İzvestia)