İyun 19, 2025-20:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İRİA rəsmisi: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni dalğalarında xanımların sayının artacağına inanıram

2023:11:03 - 11:53
in İQTİSADİYYAT
A A
Bu il ölkəmizdə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinə dair “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” qəbul olunub. Bu strategiyaya uyğun olaraq bütün kibertəhlükəsizliklə əlaqədar olan dövlət qurumlarının üzərinə öhdəlik düşür. Bu qurumlar arasında Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyi və digər dövlət qurumları bu sahədə daha aktiv fəaliyyət göstərməkdədir. Bizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi olaraq digər sahələrdə olduğu kimi kibertəhlükəsizlik istiqamətində bu işlərdə öz töhfəmizi vermək istəyirik.

Bu barədə AZƏRTAC-a müsahibəsində İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev deyib.

Şahmar Hacıyahyayev vurğulayıb ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan “CIDC 2023” tədbirində iştirakçıları məlumatlandırıblar: “Bu ikigünlük kritik infrastrukturların təhlükəsizliyi çağırışlarını əhatə edən tədbirdə iştirakımızı uğurlu qeyd etmək olar. Sərgidə ən böyük və geniş nümayəndə heyəti ilə təmsil olunan qurumlardan biri olduq. “CIDC – 2023”də İRİA-nı təmsil edən 5 fərqli məhsul sərgilənib. Bu məhsul adlandırdıqlarımızdan ikisi – artıq mövcuddur: Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və digər kibertəhlükəsizlik məhsulumuz. Tədbir çərçivəsində İRİA nümayəndələri tərəfindən iştirakçılara və dövlət qurumlarının nümayəndələrinə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi, buradakı tədris və tətbiq olunan metodologiyalar, eyni zamanda, yaxın günlərdə elan olunan 3-cü dalğa ilə bağlı ətraflı məlumat verilib. Ümumilikdə 6 dalğa olacağı planlaşdırılır”.

Departament direktoru bildirib ki, hər dalğa 60 nəfər yeni kibertəhlükəsizlik üzrə mütəxəssis yetişdirir. Bu yaxınlarda artıq 2-ci dalğa yekunlaşır və 2024-cü il yanvar ayının 3-dən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3-cü dalğaya start veriləcək. Qeydiyyat artıq başlayıb.

Bununla yanaşı, Agentliyin əməkdaşları tərəfindən hazırlanmış kibertəhlükəsizlik məhsulu – proqram təminatı ikigünlük tədbir ərzində nümayiş etdirilib.

“Artıq Azərbaycanda yerli milli kibertəhlükəsizlik məhsulu hazırlanır. Aylardır proqramçı və mütəxəssislərin üzərində işlədiyi bu proqramın demo variantı sərgidə iştirakçılara nümayiş olunub. Hər kəs tərəfindən maraqla qarşılanan milli kibertəhlükəsizlik məhsulu dövlət rəsmiləri tərəfindəndə yüksək qiymətləndirilib”, – deyə Ş.Hacıyahyayev əlavə edib.

Ş.Hacıyahyayev qeyd edib ki, “CIDC-2023” çərçivəsində təşkil olunan “Kibermüharibə” yarışında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlarından ibarət “Digital Rangers” və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 1-ci dalğasının məzunlarından ibarət “ACC Predators” komandaları yarışaraq final mərhələsinə qədər yüksəlib: “Biz İRİA olaraq xanımların da İT sahədə inkişafına dəstək göstəririk. Əvvəllər çətin işlərə oğlan övladlarını, kişiləri yönəldirdilər. Lakin texnologiyalar inkişaf etdikcə, qadınlar bu sahədə aktiv olanda daha disiplinli və diqqətli olduqları nəzərə çarpır. İstər İRİA-nın department daxilində, istərsə də kibertəhlükəsizliyin dalğalarında daha çox xanım görməyə başlayırıq. Qeyd etmək istərdim ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən ilk dalğasından məzun olan 60 nəfərdən 14-ü xanım oldu. Xanım məzunlarımız artıq Azərbaycanda müxtəlif yerlərdə işlə təmin olunub. Həmçinin bu məzun xanımlardan ikisi İRİA-da çalışır. Növbəti dalğalarda da xanımların sayının artacağına inanıram”, – deyə Şahmar Hacıyahyayev vurğulayıb.

Əvvəlki Yazı

Müsahibədən keçən 54 vəkilliyə namizəd icbari təlimə buraxılıb

Növbəti Yazı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi vatsap kanalı istifadəyə verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.