İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza şəhərində Gideonun arabaları 2 əməliyyatına hazırlıq məqsədilə 60 min ehtiyat əsgəri çağırıb və 20 min ehtiyatda olan əsgərin xidmət müddətini uzadıb, ordunun mətbuat xidməti xəbər verir.
“Ehtiyatdan çağırış əməliyyatın növbəti mərhələsi olan “Gideonun döyüş arabaları”na hazırlıq çərçivəsində təsdiqlənib. Bu gün (20 avqust ) səhər saatlarında ehtiyatdan təxminən 60 min çağırış göndərilib.
