İyun 20, 2025-0:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Zahid Oruc: “Bütün bölgələrimizə böyük qayıdış olmalıdır”

2023:11:03 - 12:25
in SİYASƏT
A A

Azərbaycanda böyük qayıdış yalnız işğaldan azad edilmiş ərazilərə deyil, bütün bölgələrimizə qayıdışı ehtiva etməlidir.

“Report” xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında bildirib.

“Hökumət böyük şəhərlər siyasətini işə salmalıdır. Türkiyədə daha çox şəhərləşmə prosesi gedir. Vətəndaş bütün təminatı bölgələrdə almalıdır ki, Bakıya üz tutmağı dayandırsın”, – deyə o qeyd edib.

“Abşeron rayonunda əhalinin sıxlığı o qədər çoxdur ki, 216 min nəfər qeydiyyatdan kənar orada məsunlaşıb. Bu, özünü məktəblərin vəziyyətində göstərir. Məsələn, Naxçıvanda bir məktəbdə təhsil alan şagirdlərin sayı nəzərdə tutulandan 35 % azdırsa və bu, 100-120 min insanın ordan çıxıb getməyi deməkdirsə, Abşeronda bu sahədə vəziyyət tam əksinədir. 1 380 yerlik məktəbdə 6 177 şagird təhsil alır. Təsəvvür edin ki, bu təhsil sistemi üçün nə cür yüklənmədir və bölgənin demoqrafik balansının pozulmasıdır”, – deyə deputat vurğulayıb.

Z.Oruc çıxışında Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunda təmir işlərinin uzanmasına da diqqət çəkib: “Bu yolla gedənlər düşünə bilərdi ki, təmir işləri 2-3 il çəkəcək. Amma bu, illərlə davam edəndə mədəniyyət, turizm və digər sahələr üçün problem yaradır. Bir əcnəbi turist o yolu üç il ardıcıl getsə, düşünəcək ki, ekskavatorlar niyə bu qədər işləyir. Bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin orada gördüyü işlərə kölgə salmır, amma yol mədəniyyətdir, strategiyadır, ləyaqətdir, siyasətdir. Ona görə də mən bilmək istəyirəm ki, Bakı-Şamaxı-İsmayıllı yolunun tam təmiri nə vaxt başa çatacaq?”.

Əvvəlki Yazı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi vatsap kanalı istifadəyə verilib

Növbəti Yazı

Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Antalyada beynəlxalq konfrans keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.