Ordunun mətbuat xidmətinin məlumatına görə, 2025-ci il martın 18-də Qəzza zolağında hərbi əməliyyatların bərpasından bu yana İsrail Müdafiə Qüvvələri (IDF) anklavda 10 min hədəfə hücum edib, 2 min silahlı radikalı məhv edib və ərazisinin dörddə üçü üzərində nəzarəti ələ keçirib.
“Martın 18-də quru əməliyyatlarının bərpasından sonra İDF Qəzza zolağının təxminən 75%-i üzərində əməliyyat nəzarəti yaradıb, yüksək vəzifəli məmurları və təxminən 2000 terrorçunu məhv edib, 10 minə yaxın hədəfə hücum edib”, – deyə məlumatda bildirilir.
