İyul 8, 2026-2:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Kamran Əliyev MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibini qəbul edib

2025:08:21 - 15:10
in SİYASƏT
A A

Avqustun 22-də “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda Laçın rayonunda keçirilməsi nəzərdə tutulmuş beynəlxalq konfransda iştirak etmək məqsədilə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının İcraçı katibi Yuri Nikolayeviç Jdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru ilə Yuri Jdanov arasında ikitərəfli görüş keçirilib.

Baş prokuror Kamran Əliyev qonaqları salamlayaraq, MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının fəaliyyətinin yüksək qiymətləndirdiyini ifadə edib, qısa müddət ərzində ölkəmizə ikinci səfərinin təşkilinin önəmini vurğulayaraq, bunun qurumlarası münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi olduğunu bildirib.

Qəbula görə təşəkkürünü bildirən Yuri Jdanov, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun salamlarını çatdıraraq, Azərbaycan Respublikası ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiklərini qeyd etmiş, Azərbaycan Prokurorluğunun təşkilatın fəaliyyətində aktiv iştirakını və verdiyi töhfələri yüksək dəyərləndirib.

Görüş çərçivəsində MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının yaradılmasının 30 illiyi münasibətilə yubiley tədbirlərinin təşkili və cari ilin oktyabr ayında Tacikistanda keçiriləcək Şuranın 35-ci iclasına hazırlıq məsələləri müzakirə edilib.

Əvvəlki Yazı

Kəlbəcərə ilk köç edənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın ailə üzvləri də var

Növbəti Yazı

Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.