May 10, 2026-11:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Digital LevelUP” proqramının ikinci tədris dalğası üzrə 73 tələbə məzun olub

2025:08:21 - 17:20
in İQTİSADİYYAT
A A

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “StrategEast” təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Digital LevelUP” proqramının ikinci tədris dalğası üzrə Məzun günü keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, seçim mərhələsini uğurla keçmiş 180 tələbə 4 ay ərzində proqramın “Data Science”, “DevOps” və “Cloud Operations & Data Management” olmaqla 3 istiqamətində dərslərə cəlb olunublar.

“Data Science” və “DevOps” dərsləri “Sigma Software” Universitetinin təcrübəli müəllimləri tərəfindən həftədə 2 dəfə olmaqla interaktiv şəkildə tədris edilib. “Cloud Operations & Data Management” qrupunun tələbələri isə “Oracle” Universitetinin “MyLearn” platforması üzərindən “özü öyrənmə” metodu ilə videodərslərə baxaraq mövzular üzrə müvafiq “Oracle” sertifikatlarını əldə ediblər.

Proqramın ikinci tədris dalğası üzrə 73 tələbə məzun olub. Məzunlar proqram müddətində “Oracle”ın beynəlxalq səviyyədə tanınan “Data Platform”, AI, “Foundations Associate və Oracle Data Science Professional”, “Oracle DevOps Professional” kimi imtahanlarını uğurla keçərək ümumilikdə 130-dan çox sertifikat əldə ediblər.

Proqram çərçivəsində, həmçinin iştirakçılar üçün avqustun 1-də “StrategEast” təşkilatının qlobal təhsil meneceri tərəfindən “Professional Branding” adlı xüsusi onlayn vörkşop təşkil edilib. Təlim zamanı iştirakçılar peşəkar CV-nin hazırlanması, motivasiya məktubunun tərtib olunması, işəgötürənlərlə səmərəli ünsiyyət bacarıqlarının inkişafı sahəsində praktik biliklər qazanıblar. İnteraktiv şəkildə keçən sessiyada bəzi iştirakçıların CV-ləri dəyərləndirilib.

Qeyd edək ki, “Digital LevelUP” proqramı gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları qlobal texnologiya sənayesinə hazırlamaq və ölkədə İT mütəxəssislərinin sayını artırmaq məqsədilə həyata keçirilir.

Əvvəlki Yazı

“Delta Telekom”a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib

Növbəti Yazı

Qubada din xadimləri üçün seminar-treninq keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.