İyun 24, 2025-19:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Şuşa maarifi” sənədli filminin nümayişi olub

2023:11:03 - 14:20
in SOSİAL
A A

Nizami Kino Mərkəzində Elm və Təhsil Nazirliyi və İctimai TV-nin birgə hazırladığı “Şuşa maarifi” sənədli filmi nümayiş etdirilib.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu filmin həsr olunduğu Şuşa maarifinin ölkəmizdə bütün sahələrin inkişafındakı rolunu vurğulayıb. Şuşa məktəbinin Azərbaycan təhsilinə verdiyi töhfələrə toxunan nazir müşaviri hazırda aparılan təmir-quruculuq işlərindən sonra Şuşada yeni məktəb mənzərəsinin formalaşacağına və müasir dövrün dahilərinin həmin məktəbdə yetişəcəyinə inamını bildirib.

Daha sonra film nümayiş etdirilib.

49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur.

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.

Əvvəlki Yazı

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Kapanda Baş Konsulluğunun açılması qərarını şərh edib

Növbəti Yazı

Bakı məktəblərində “Təbiəti qoruyanlar” layihəsinə start verilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.