Ukrayna hərbi əməliyyatlarda iştirak edən hərbçilərin nisbətini artırmaqla Vladimir Zelenskinin ofisində islahatlar aparacaq. Bu barədə ofisin rəhbəri Andrey Yermak özünün Telegram kanalında məlumat verib.
“Bu gün mən ofisdə islahatların aparılmasını təklif etdim. İdeya ondan ibarətdir ki, idarənin əməkdaşlarının əhəmiyyətli bir hissəsinin döyüş təcrübəsi olan hərbi qulluqçular və ya döyüş veteranları olmalıdır”, o qeyd edib.
Yermak ofisdə keçmiş hərbçilərin neçə hissəsinin olacağını və hansı postları tutacaqlarını dəqiqləşdirməyib. Eyni zamanda o xatırladıb ki, onun müavinlərindən biri artıq Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının keçmiş komandiri Pavlo Palisadır.
