Sentyabr 15, 2025-22:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan, Türkmənistan və Özbəkistan ticari-iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə müəssisələr yaradacaq

2025:08:23 - 14:00
in İQTİSADİYYAT, MANŞET
A A

Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

“Report” xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.

Türkmənistan Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə qeyd edilir ki, tərəflər dövlətlər arasında iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün əlverişli şəraitin yaradılmasının zəruriliyi barədə ümumi rəy bildiriblər.

Bu kontekstdə tərəflər öz ölkələrinin işgüzar dairələri arasında birbaşa əlaqələri, o cümlədən üç dövlətin ərazilərində sərgilər və biznes forumlar keçirmək yolu ilə əlaqərləri aktivləşdirmək qərarına gəliblər.

Bildirilir ki, onlar həmçinin nəqliyyat əlaqələrinin gücləndirilməsi istiqamətində əməli fəaliyyətlərin intensivləşdirilməsini, üç ölkə xalqlarının maraqlarına cavab verən birgə layihələrin işlənib hazırlanmasını və həyata keçirilməsini dəstəkləyiblər.

Bundan əlavə, istehsal və sənaye əməkdaşlığının inkişafına xüsusi diqqət yetirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdıməhəmmədov tekstil, kimya, tikinti və digər sənaye sahələrində birgə müəssisələrin yaradılması yolu ilə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

Əvvəlki Yazı

Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib

Növbəti Yazı

Özbəkistan Azərbaycan və Türkmənistandan gəmi alışını nəzərdən keçirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.