Sentyabr 15, 2025-22:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Özbəkistan Azərbaycan və Türkmənistandan gəmi alışını nəzərdən keçirir

2025:08:23 - 15:00
in İQTİSADİYYAT, MANŞET
A A

Özbəkistan Azərbaycan və Türkmənistandakı gəmiqayırma zavodlarından gəmi almağı düşünür.

“Report” xəbər verir ki, bunu Türkmənistan-Azərbaycan-Özbəkistan üçtərəfli sammiti çərçivəsində “Özbəkistan-24” telekanalına müsahibəsində Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov deyib.

“Azərbaycanda olduğu kimi, Türkmənistanda da gəmiqayırma zavodu var. Bu gün biz razılaşdıq ki, bu tərsanələrdən gəmilərin alınması məsələsini təhlil edəcəyik. Bütün texniki məsələləri işləmək lazımdır”, – o bildirib.

Nazir qeyd edib ki, Özbəkistan Xəzər dənizində öz bərələrinin istismarına başlamağı planlaşdırır. Bu qərar daşımaların həcminin kəskin artması və hazırda 30-40 günə tıxaclar ilə bağlıdır.

İ.Mahkamov Özbəkistan, Azərbaycan və Türkmənistan arasında nəqliyyat, logistika və ixtisaslaşmış sənaye sahələrində birgə şirkətlərin yaradılmasını nəzərdə tutan üçtərəfli sazişin imzalandığını açıqlayıb.

“Nəqliyyat-logistika və ixtisaslaşmış sənaye müəssisələrində müştərək şirkətlərin yaradılması üzrə işlərin başlanğıcını qoyan üçtərəfli sənəd imzalanıb. Orada yüklərin maneəsiz keçməsi, nəqliyyat-ekspeditorluq xidmətləri üçün şərait yaradacaq, eləcə də həm Özbəkistandan, həm də Özbəkistana yüklərin daşınmasına müəyyən üstünlüklər veriləcək. Təbii ki, Özbəkistan Respublikasından tranzitlə olan daşımalara da”, – o qeyd edib.

Nazirin sözlərinə görə, belə koordinasiya nəqliyyat xərclərini, istehsalçılar və yükgöndərənlərin üzərinə düşən logistik yükü azaldacaq.

Əvvəlki Yazı

Azərbaycan, Türkmənistan və Özbəkistan ticari-iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə müəssisələr yaradacaq

Növbəti Yazı

Yük maşınından tikinti materialları oğurlayan şəxslər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.