Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq FHN-dən məlumat verilib.
Qeyd edək ki, ötən gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzinin anbarında yanğın baş verib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hadisə yerində olub.
DİN qüvvələri hadisə yerinin mühafizəsinə və digər zəruri tədbirlərin görülməsinə cəlb edilib.