İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Əl-Qüds xüsusi təyinatlılarının komandirinin müavini general İrəc Məscidi, Livanın şiə hərəkatı Hizbullahı tərksilah etmək planının həyata keçirilməyəcəyini bildirib.
“Müqavimət silahları Livan xalqının bu ölkəni sionist rejimin təcavüzündən qorumaq silahıdır (İsraili nəzərdə tutur. Livanda “Hizbullah”ı tərksilah etmək layihəsi Amerika-sionist planıdır. Təbii ki, nə Livan xalqı, nə də “Hizbullah” bu planı qəbul etməyəcək, İranda bunu heç vaxt həyata keçirməyəcək”.
Avqustun 5-də Livanın baş naziri Navaf Salam, kabinetinin bütün qeyri-hökumət paramilitar qruplarının tərksilah edilməsi planını təsdiq etdiyini bildirdi. Onun icrasının bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. (Tass)
